kriminal.az
Vaşintonda NATO sammiti öz işinə başlayıb

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 75 illiyi şərəfinə keçirilən illik sammiti Vaşinqtonda öz işinə başlayıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçirilən sammitin əsas mövzusu Rusiya-Ukrayna müharibəsidir. Sammitin açılışını ABŞ dövlət katibi Antoni Blinken edib. Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlardan sonra Ukraynaya əhəmiyyətli dəstək paketini açıqlayacaqlar.

Ev sahibi ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin sağlamlıq vəziyyəti ilə əlaqədar onun sammitdə iştirak edəcəyi sual altındadır.

Qeyd edək ki, NATO sonuncu dəfə 2012-ci ildə 50 illik yubileyini qeyd edərkən ABŞ-də sammit keçirib.

Top
0.067816019058228