kriminal.az

"Universal Pictures" kino şirkəti yaşıl div haqqında məşhur cizgi filmlərinin davamı olan "Şrek 5"in nümayiş tarixini açıqlayıb.

Film 2026-cı il iyulun 1-də, serialın dördüncü hissəsinin buraxılışından 16 il sonra və franşizanın başlamasından 25 il sonra bütün dünya kinoteatrlarında nümayiş olunacaq.

Mayk Mayers (Şrek), Eddi Merfi (Eşşək) və Kemeron Diaz (Fiona) baş rolların səsləndirilməsi üçün yenidən bir araya gələcəklər. Filmin süjeti gizli saxlanılır, lakin o şübhəsiz ki, məşhur qəhrəman haqqında serialın davamı olacaq.

Qeyd edək ki, Şrek qlobal kassada üç milyard dollara yaxın gəlir əldə edib.

Mənbə: championat.com

Top
0.11516499519348