kriminal.az
Yeni elektrikli superkar təqdim edildi: 100 km/saat sürəti 1,97 saniyəyə yığır

"Xiaomi" özünün SU7 elektrik sedanının ən güclü versiyasını - SU7 Ultranı təqdim edib.

Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, avtomobil tamamilə yeni karbon kuzovu, həmçinin üç "HyperEngine V8s" elektrik mühərrikinə sahibdir. Mühərriklərin hər biri 578 at gücü yaradır və onların ümumi gücü 1548 at gücünə bərabərdir.

"Xiaomi" SU7 Ultra 100 km/saata 1,97 saniyəyə, 200 km/saata isə 5,97 saniyəyə sürətlənir. Çəkisi 1900 kq olan avtomobilin maksimal sürəti 350 km/saatı keçir. Bundan əlavə, yaradıcılar avtomobilin effektiv əyləclərini qeyd edirlər ki, 100 km/saat sürətlə tam dayanmaq üçün 25 metr tələb olunur.

Hazırda "Xiaomi" ikinci avtomobil üzərində işləyir. Onu artıq "Ferrari Purosangue" ilə müqayisə edirlər.

Top
0.13138794898987