"Moody's" beynəlxalq agentliyi son 11 ildə ilk dəfə olaraq Türkiyənin kredit reytinqini birdən-birə iki səviyyə - B3-dən B1-ə qaldırıb.
Kriminal.Az "Bloomberg"ə istinadən xəbər verir ki, göstəricinin yuxarıya doğru yenidən nəzərdən keçirilməsinin əsas səbəbi ölkədə idarəetmənin təkmilləşdirilməsi olub. Xüsusilə, söhbət Ankaranın qətiyyətlə ənənəvi pul siyasətinə qayıtmasından gedir.
"Moody's" qeyd edib ki, Türkiyənin əsas makroiqtisadi balanssızlıqlarının azaldılması baxımından ilk nəticələr artıq göz önündədir.