ABŞ-nin Montana ştatının 72 yaşlı sakini meşədə ona hücum edən boz ayının öhdəsindən gəlib.
Kriminal.Az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Montana Siti yaxınlığındakı meşədə baş verib. Yaşlı kişi giləmeyvə yığarkən qəfildən ayı ilə qarşılaşıb. Heyvan dərhal ona hücum edib.
Təqaüdçü ciddi xəsarət alıb, lakin silahını çıxararaq qrizlini bir neçə dəfə atəşə tutub. Hadisədən sonra kişi xəstəxanaya aparılıb. Onun adı və aldığı xəsarətin ağırlığı açıqlanmır.
Ekspertlər müəyyən ediblər ki, amerikalıya dişi ayı hücum edib və ehtimal ki, o balaları qoruyub. Hücumun baş verdiyi ərazidə ayı balalarının yerini müəyyən etmək üçün kameralar quraşdırılıb.