Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun vaxtında Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təchizat xidmətinin müavini vəzifəsində çalışmış general Dmitri Bulqakov korrupsiya işi ilə bağlı saxlanılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə Dmitri Bulqakov barədə həbs qətimkan tədbiri seçib.
Məlumat üçün əlavə edək ki, Rusiyanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini olmuş general Dmitri Bulqakov 2022-ci ilin 24 sentyabrda vəzifəsindən azad edilib.