kriminal.az
İtaliyada tiramisunun yaradıcısı vəfat etdi

İtaliyada misilsiz tiramisunun müəllifi olan Roberto Linquanotto 82 yaşında vəfat edib.

Kriminal.Az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" nəşri məlumat yayıb.

Konditer dünyanın ən sevimli desertlərindən birinin müasir versiyasının "atası"dır. Linquanotto bu resepti 60-cı illərdə hazırlayıb. Aşpaz etiraf edib ki, desert vanilli dondurmanın hazırlanması zamanı edilən səhv əsasında yaranıb. Belə ki, Linquanotto içində yumurta və şəkər olan qaba bir az "maskarpone" pendiri əlavə edib.

Qəhvə ilə isladılmış biskvit və "mascarpone" ilə hazırlanmış şirniyyat ilk dəfə 1972-ci ildə Trevizoda Roberto Linquanottonun işlədiyi "Le Beccherie" restoranının menyusuna əlavə edilib. Müəllif resepti patentləşdirmədiyi üçün desert italyan mətbəxinin əsas şirniyyatına çevrilib və bütün dünya aşpazları tərəfindən adaptasiya edilib.

Top
0.040379047393799