Böyük Britaniyanın şimalında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Yorkşir qraflığının polisi məlumat verib.
Məlumata əsasən, pilot və sərnişin kənd ərazisində təyyarənin yerə çırpılması nəticəsində həlak olublar.
"İkiyerli, kiçik mühərrikli təyyarə qəzaya uğrayaraq tarlaya düşüb. Təəssüf ki, təyyarədə olan 20-30 yaşlarında iki kişi - pilot və sərnişin həlak olub", - polisin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.