Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasının yekunlarına dair məlumat yayıb.
Bildirilir ki, Qazaxıstanda buğda yığımının keçən illə müqayisədə daha yüksək olacağı gözlənilir.
Qeyd edək ki, qadağa 2024-cü il aprelin 12-dən 6 ay müddətində tətbiq olunmuşdu.