İsrail döyüş təyyarələri Livanın cənubunda, sərhədə yaxın "Hizbullah"ın nəzarətində olan məntəqələrə hücum edib.
"Hizbullah" mövqelərinin məhv edildiyi hava əməliyyatından sonra Beyrut Refik Hariri Beynəlxalq Hava Limanına gediş-gəliş istiqamətində uçuşlar dayandırılıb.
Bu barədə Kriminal.Az "Haberler" nəşrinə istinadən bildirir.
Beyrut Refik Hariri Beynəlxalq Hava Limanının internet saytında verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə bütün istiqamətlərdə gediş-gəliş uçuşları ya ləğv edilib, ya da təxirə salınıb.
Həmçinin Livan dövlətinə məxsus "Middle East Airlines" (MEA) aviaşirkəti ötən gün Beyrutdan bəzi uçuşları iyulun 29-da səhərə qədər təxirə saldığını açıqlamışdı.
Xatırladaq ki, eyni zamanda İsrail ordusunun Livana mümkün hücumundan əvvəl ABŞ, Avstraliya, Norveç, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, İsveç, Danimarka, Hollandiya kimi ölkələr öz vətəndaşlarına Livanı tərk etmələri və ya bu ölkəyə səfərə getməmələri barədə xəbərdarlıq etmişdilər.
Beyruta bütün istiqamətlərdə uçuşlar dayandırıldı