kriminal.az
Fransada Olimpiada zamanı növbəti təxribat törədildi

Fransada Olimpiada zamanı növbəti təxribat baş verib. Təxribatçılar Fransanın altı rayonunda fiber-optik şəbəkələri zədələyiblər.

Bu barədə Kriminal.Az AFP nəşrinə istinadən bildirir.

Məlumata görə, iyulun 28-dən 29-na keçən gecə törədilən hadisədə Buş-dyu-Ron, Od, Mez, Drom, Uaza və Ero departamentləri zərər görüb, lakin paytaxt Paris təsirsiz ötüşüb. Operatorlar istifadəçilərə şəbəkənin yavaşlaması ilə bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, iyulun 26-da naməlum şəxslər Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılışı günü Fransanın TGV yüksəksürətli qatar şəbəkəsinə hücum edərək, ölkənin bəzi dəmiryol xətlərində fasilələr yaradıblar, təmir işləri iyulun 28-də başa çatdırılıb. Həmçinin hava limanına da bomba qoyulması ilə bağlı təxribat xəbərləri də hava limanının işində problemlər ortaya çıxarıb.

Qeyd edək ki, Fransada Olimpiya Oyunları iyulun 26-da başlayıb və avqustun 11-dək davam edəcək. Açılış mərasimi ayın 26-da Sena çayında baş tutub.

Top
0.04439902305603