kriminal.az
Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Kriminal.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Bu barədə Kriminal.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bu gün Baş nazir Əli Əsədov İrana səfər edib.

Kriminal.Az-ın xəbərinə görə, Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, bu gün Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

Top
0.088366031646729