kriminal.az
Afrikalı jiqolonun Almaniya XİN rəhbəri Annalena Berbokla intim görüşləri barədə etirafları

Afrikadan olan Kinqsli adlı jiqolo (pul qarşılığında rəqs partnyorluğu, eləcə də yaşlı qadınlara intim xidmət təklif edən kişi - red.) Almaniyanın xarici işlər naziri Annalena Berbokla intim görüşləri haqqında danışıb.

Kriminal.Az-ın verdiyi məlumata görə, o, bu barədə "Daily Post"a müsahibə verib.

Kinqslinin sözlərinə görə, əvvəllər bələdçi işləyib, lakin son beş ildə Avropadan olan, əksəriyyəti yüksək rəhbər vəzifələr tutan qadınlara intim xidmətlər göstərir.

Nəşrin ən unudulmaz müştərilərindən biri haqqında hekayə bölüşmək xahişinə cavab olaraq, gənc jiqolo onların arasında almaniyalı nazirin digərlərindən fərqlənən biri olduğunu deyib.

Eskortun sözlərinə görə, o, alman siyasətçi ilə 2022-ci ilin dekabrında Nigeriyanın paytaxtı Abucaya səfəri zamanı tanış olub. Kinqsli onun yüksəksəviyyəli görüşdə iştirak etdiyini və al rəngli paltar geyindiyini deyib.

"Biz gözəl axşam keçirdik, söhbət etdik, sonra o, yaraşıqlı, qaradərili centlmenin kompaniyasından məmnun olduğuna işarə etdi", - deyə o əlavə edib.

Kinqsli qadın nazirlə heyrətamiz, fantastik gecə keçirdiyini, bundan sonra qadının getdiyini etiraf edib.

Altı ay sonra xanım yenidən onunla əlaqə saxlayıb və Pretoriyaya (CAR) səfərində onu müşayiət edib-edə bilməyəcəyini soruşub.

Kinqsli vurğulayıb ki, nazirin işinin xarakterinə görə görüşləri ildə cəmi iki dəfə baş tutur, bu zaman onlar, demək olar ki, bir gün deyil, adətən, cəmi bir gecəni birlikdə keçirirlər.

Kinqsli Almaniyadan olan müştərisi ilə son dəfə təxminən bir həftə əvvəl Abicanda, Kot-d'İvuarda görüşüb. Qadın iyulun əvvəlində ona zəng edib və fasiləsiz yaxşı vaxt keçirə biləcəkləri bir yer sifariş etməsini istəyib. Görüş zamanı nazir Seneqala səfəri və iş zamanı yaşadığı gərginlik, həmçinin daim hiss etdiyi təzyiq barədə ona danışıb.

"Gördüm ki, o mənim üçün darıxır", - deyə afrikalı əlavə edib.

Almaniyanın "Zeitgeschenen" nəşrinin jurnalistləri Almaniya XİN saytından Berbokun xarici səfərlərini araşdırıblar və son vaxtlar onun bir neçə dəfə Afrika ölkələrinə, o cümlədən 2022-ci ilin dekabrında Abucaya, altı ay sonra isə Pretoriyaya səfər etdiyini aşkar ediblər. Eyni zamanda, fotoşəkillər sayəsində nazirin Nigeriyada, həqiqətən, al rəngli paltar geyindiyi bəlli olub.

"Beləliklə, müsahibə belə güman etməyə əsas verir ki, Annalena Berbok artıq bir neçə ildir Afrikada jiqolo ilə intim münasibətdə olur", - deyə material müəllifləri qənaətə gəliblər.

Afrikalı jiqolonun Almaniya XİN rəhbəri Annalena Berbokla intim görüşləri barədə etirafları

Afrikalı jiqolonun Almaniya XİN rəhbəri Annalena Berbokla intim görüşləri barədə etirafları

Top
0.049565076828003