ABŞ dövlət katibi Antoni Blinken Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra qisas almamaq xahişi ilə İrana müraciət məktubu göndərib.
Kriminal.Az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, Blinken Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Ət Tani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın "Hizbullah" hərəkatına çatdırmağı xahiş edib.
Qeyd olunur kimi, Qətər şeyxi ABŞ dövlət katibinin tələbinin yerinə yetirilməsinə razılıq verib.