kriminal.az
Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Nijnyaya Parovaya və Neçayevi azad edib

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsini - Nijnyaya Parovaya və Neçayevi azad edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinov məlumat verib.

"Sevinclə demək istərdim ki, Arbat bölməsi bu gün Nijnyaya Parovaya və Neçayevi - iki yaşayış məntəqəsini tamamilə təmizləyib, 1427-ci alay da onların ardınca gedib. Məlum olub ki, bu ərazi də təmizlənərək nəzarətə götürülüb", - deyə Alaudinov bildirib.

O, həmçinin düşmənin xeyli itki verdiyini, bəzi hərbi texnikanın məhv edildiyini vurğulayıb.

Top
0.038367986679077