kriminal.az
Nizami Səfərov seçicilərlə görüş keçirib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları olan seçicilərlə görüş keçirilib.

Görüşdən öncə bütün şəhidlərin ruhuna dualar oxunub, sonra abidə kompleksinin, əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilib.

Sonra şəhid ailələri, qazilər və müharibə veteranları ilə rayon təşkilatının qərargahında görüş davam etdirilib. Çıxışlardan əvvəl ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında deputatlığa namizəd Nizami Səfərov haqqında seçiciləri məlumatlandırıb sonra isə partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Namizəd Nizami Səfərov Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərə Allahdan rəhmət, qazilərə və veteranlara möhkəm cansağlığı diləyərək bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcəyin, yeni bir inkişaf mərhələsinin və yeni bir tarixi eranın əsasını qoyub. Həmçinin ölkə başçısının iradəsi, düşünülmüş siyasəti nəticəsində Müzəffər Ordumuzun Qarabağı azad etdiyini, suverenliyimizin tam bərpa edildiyini, ölkədə tamamilə yeni bir dövr, yeni bir mərhələ yarandığını bildirib.

Çıxışçılar Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirərək uğurlarımızın davamı naminə seçkidə fəal iştirak edəcəklərinivə layiqli namizədə səs verməcəklərini bildiriblər.
Görüşün sonunda şəhid ailələrinin, qazilərin təklif və şikayətləri dinlənilib.

Top
0.057966947555542