Putin atəşkəsə hazır olduğunu deyir, lakin 30 gün əvəzinə 30 saatlıq atəşkəsdən danışır.
Kriminal.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.
“Təəssüf ki, artıq uzun müddətdir şahid olmuşuq ki, Putinin sözləri əməllərinə uyğun deyil. Bilirik ki, onun sözlərinə etibar etmək olmaz və ona görə də sözlərə deyil, əməli addımlara baxacağıq”, - Sibiqa vurğulayıb.
Qeyd edək ki, Rusiya Pasxa bayramı ilə əlaqədar Ukraynada bütün hərbi əməliyyatları 21 aprelə qədər dayandırıb.