kriminal.az
Azərbaycan millisinin üzvü Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" klubu doğma meydanda "İstanbulspor"u məğlub edib.

Kriminal.Az xəbər verir ki, hesabı 39-cu dəqiqədə açan Renat Dadaşov komandasını irəli çıxarıb. Məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra hesabı bərabərləşdiriblər.

Muammer Sarıkaya 68-ci dəqiqədə bərabərlik qolunu vurub - 1:1.

Görüşün sonlarına doğru aktivliyini artıran "Ankaragücü" futbolçuları qələbə qolunu vurublar.

Ekfan Bekiroğlu 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub - 2:1.

Qeyd edək ki, altı xalı olan "Ankaragücü" hazırda yeddinci pillədə qərarlaşıb.

"İstanbulspor" isə doqquz xalla turnir cədvəlinin vahid lideridir.

Anar Həsənov

Top
0.070595026016235