"Qalatasaray" klubunun mərakeşli futbolçusu Hakim Ziyeş "sarı qırmızılar"dan ayrılmaq istədiyini komanda rəsmilərinə bildirərək Türkiyəni tərk edib.
Kriminal.Az xəbər verir ki, Avropa və Asiya klublarından təklif alan Hakim Ziyeşin "Olimpiakos"la danışıqlara başladığı bildirilib.
"Olimpiakos" klubu mərakeşli yarımmüdafiəçiyə illik üç milyon avro təklif etdiyi üçün şəxsi razılıq əldə olunub.
Qeyd edək ki, Hakim Ziyeş 2023/24 mövsümündə "Qalatasaray" forması ilə çıxdığı 27 matçda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.