Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Kriminal.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin birinci mərhələsində Avstriyanın "Sankt-Pölten" klubu ilə qarşılaşacaq.
Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, II qrupda "Vlajniya" (Albaniya) və "Lançxuti" (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.