İspaniya millisinin sabiq üzvü Xuan Mata Avstraliyanın "Uestern Sidney Uonderers" klubuna keçib.
Kriminal.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, 36 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mata ötən mövsüm Yaponiyanın "Vissel Kobe" klubunda oynayıb.