Azərbaycanın bodibildinq komandası sentyabrın 23-28-də İranın Kiş şəhərində keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Kriminal.Az xəbər verir ki, komandamız noyabrda keçiriləcək dünya kubokunu nəzərə alaraq, hazırlıqlarını uzunmüddətli perspektivə hesablayaraq planlaşdıracaq.
"Dəmir oğlanlarımız" üçün növbəti start 31 oktyabr - 4 noyabr tarixlərində İspaniyanın Santa Susanna şəhərində baş tutacaq Dünya Kuboku olacaq.
Qeyd edək ki, bu il millimiz Santa Susannada keçirilən Avropa çempionatında çıxış edərək, ümumilikdə 7 qızıl, 6 gümüş, 6 bürünc medal və 4 mütləq titul qazanıb. Bundan əlavə, yığmamız bodibildinq yarışlarında ümumi komanda hesabında birinci yeri tutub.