Bu gün cüdo üzrə Zaqreb Qran-prisi başa çatacaq.
Kriminal.Az xəbər verir ki, turnirin üçüncü günündə bir cüdoçumuz tatami üzərinə çıxacaq.
Vüqar Talıbov (90 kq) çıxışa ikinci dövrədən başlayacaq. O, İvan Brnada (Xorvatiya) - Qustavo Assis (Braziliya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Qran-pridə komandamızın üç mükafatı var. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.