kriminal.az

"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris 2024-cü il mövsümünün "Formula-1" avtomobil sinfində dünya çempionatının 18-ci mərhələsinin - Sinqapur Qran-prisinin qalibi olub.

Kriminal.Az xəbər verir ki, ikinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. İlk üçlüyü "Maklaren"dən avstraliyalı Oskar Piastri tamamlayıb.

Xatırladaq ki, Piastri sentyabrın 13-15-də Bakıda keçirilən "Formula-1"in əvvəlki mərhələsinin - Azərbaycan Qran-prisinin qalibi olub.

Fərdi yarışda isə Ferstappen 331 xalla liderliyini qoruyub saxlayır. İkinci yeri Norris (279), üçüncü yeri isə "Ferrari"dən moneqask Çarlz Lekler (245) tutur. Konstruktorlar çempionatında "Maklaren" birinci (516 xal), "Red Bull" ikinci (475), "Ferrari" isə üçüncüdür (441).

Qeyd edək ki, növbəti mərhələ oktyabrın 18-dən 20-dək ABŞ-nin Ostin şəhərində keçiriləcək.

Top
0.11008191108704