İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor oktaqona qayıtmağı planlaşdırdığını deyib.
Kriminal.Az xəbər verir ki, "MMA News" məşhur döyüşçüdən sitat gətirib.
"2025-ci ildə qayıdacağam. Sadəcə bunu qəbul etməliyəm, 2025-ci ildə yenidən sizi sevindirəcəyəm. İndi isə işim yalnız idman zalında olmaq, formada qalmaqdır. Dəqiq bildiyim bir şey var: Nə vaxt qayıtsam, 100% hazır olacağam", - deyə Makqreqor qeyd edib.
Xatırladaq ki, Makqreqorla Maykl Çandler arasındakı döyüş Beynəlxalq Döyüş Həftəsi çərçivəsində iyunun 29-da Las-Veqasda (ABŞ) UFC 303 turnirində keçirilməli olsa da sonradan ləğv edilib.
İrlandiyalı UFC-də üç ildən sonra ilk döyüşünü keçirməlidir. Ümumilikdə onun 28 döyüşdə 22 qələbəsi var.