İspaniya La Liqasının növbəti turu çərçivəsində "Atletiko Madrid" "Real Madrid"i qəbul edib.
Kriminal.Az xəbər verir ki, matç "Civitas Metropolitano" stadionunda keçirilib. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Madrid derbisində qalib müəyyənləşməyib - 1:1.
Matçın ilk qolunu 64-cü dəqiqədə Eder Militao vurub.
Bundan dərhal sonra "Atletiko" azarkeşləri "Real"ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atmağa başlayıblar.
Oyunda təxminən 15 dəqiqə fasilə yaranıb.
Qarşılaşmanın 90+5-ci dəqiqəsində Anxel Korrea hesabı bərabərləşdirib.