UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Kriminal.Az xəbər verir ki, "Şaxtyor" - "Atalanta" görüşünün ən yaxşısı Ademola Lukman, "Jirona" - "Feyenoord" matçının ən yaxşı futbolçusu isə Kuinten Timber seçilib.
"Bavariya"nın gözlənilmədən "Aston Villa"ya 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın ən fəal oyunçusu Con Duran olub. Heç-heçə ilə başa çatan "Dinamo Zaqreb" - "Monako" görüşündə ən yaxşı Martin Baturina seçilib. "Liverpul" - "Boloniya" matçının ən fəal oyunçusu isə Məhəmməd Salah seçilib.
"Real Madrid"in "Lill"ə məğlub olduğu qarşılaşmada ən yaxşı futbolçu kimi Edon Jeqrova fərqlənib.
Beş qolun vurulduğu "Leypziq" - "Yuventus" matçında ən yaxşı oyunçu Duşan Vlahoviç, "Şturm Qraz" - "Klub Brügge" oyununda isə Kristos Tzolis ən yaxşı futbolçu adına yiyələnib.
"Benfika"nın "Atletiko Madrid"i 4:0 hesabı ilə darmadağın etdiyi matçın adamı isə türkiyəli futbolçu Orkun Kökçü seçilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına oktyabr ayının 22-də start veriləcək.