kriminal.az
Azərbaycan Premyer Liqasının IX turunu nə qədər azarkeş izləyib?

Azərbaycan Premyer Liqasında IX turun oyunlarını izləyən azarkeş sayı açıqlanıb.

Kriminal.Az xəbər verir ki, ən yüksək göstərici Sumqayıtda qeydə alınıb.

Belə ki, "Sumqayıt"-"Qarabağ" matçını ümumilikdə 7 000 tamaşaçı izləyib.

Ən az azarkeş isə Bayılda olub. "Səbail"-"Şamaxı" matçını tribunalardan cəmi 300 tamaşaçı izləyib.

Premyer Liqada IX turun oyunlarını izləyən azarkeş sayını təqdim edirik:

"Kəpəz" - "Neftçi" 4:3 (500 tamaşaçı)

"Səbail" - "Şamaxı" 2:0 (300 tamaşaçı)

"Sabah" - "Araz-Naxçıvan" 1:1 (600 tamaşaçı)

"Turan Tovuz" - "Zirə" 1:0 (4 000 tamaşaçı)

"Sumqayıt" - "Qarabağ" 0:1 (7 000 tamaşaçı)

Top
0.14931797981262