İngiltərənin "Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasına qarşı əlaqəli tərəflərlə sövdələşmələrə görə məhkəmədə qalib gəlib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabət qanununu pozduğu və liqanın özünün də klublar üzərində dominant mövqeyindən sui-istifadə edildiyi müəyyən edilib.
Qaydalar qeyri-qanuni elan edilib və liqanın "Mançester Siti" ilə iki sponsorluq müqaviləsi üzrə qərarları ləğv olunub.