İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah"ın Beyrutda yerləşən qərargahına rəhbərlik edən komandirin öldürüldüyünü açıqlayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, öldürülən şəxs "Hizbullah"ın qərargahına rəhbərlik edən Süheyl Hüseyn Hüseynidir.
İsrail tərəfi iddia edir ki, Süheyl Hüseyn Hüseyni İrandan maddi-texniki təchizat və silah tədarükünə, həmçinin "Hizbullah" bölmələrinə silah paylanmasına cavabdehlik daşıyıb.