kriminal.az

"Neftçi" legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

Kriminal.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno "Neftçi"nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.

Top
0.062504053115845