Gənclər Liqasının "Zirə" - "Qəbələ" oyununun nəticəsi ləğv olunub.
Kriminal.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.
Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır. AFFA "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.