kriminal.az
Mbappenin qolu

İspaniya La Liqasının 10-cu turunun "Selta Viqo" - "Real Madrid" matçı başa çatıb.

Kriminal.Az xəbər verir ki, Viqodakı oyunda "Real Madrid" 1:2 hesabı ilə qalib gəlib.

20-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. "Selta"nın cavab qolunu 51-ci dəqiqədə yarımmüdafiəçi Villot Svedberq vurub. Qonaqlara qələbə qazandıran qola isə hücumçu Vinisius Junior imza atıb - 1:2.

Keçirilən 10 matçdan sonra "Real Madrid" 24 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Eyni sayda oyundan sonra "Selta" 13 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti mərhələdə "Selta" "Leqanes"lə (27 oktyabr), "Real" isə "Barselona" ilə (26 oktyabr) qarşılaşacaq.

Top
0.044492959976196