kriminal.az
Neymar bir ildən sonra yaşıl meydanlara qayıdır

Sağlamlığında yaranan problem (çarpaz bağ yırtığı) səbəbindən 2023-cü ilin oktyabrından meydançaya çıxmayan "Əl-Hilal"ın 32 yaşlı hücumçusu Neymar oktyabrın 21-də keçiriləcək Asiya Çempionlar Liqasının "Əl-Ayn" ilə oyunu üçün komandasının heyətinə daxil edilib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Əl-Hilal"ın "X" sosial şəbəkəsində rəsmi hesabı məlumat yayıb.

"Kimsə geri qayıdır. Mən hazıram. Bilirəm ki, həyəcanlısınız. Mən də. Oktyabrın 21-də qayıdacağam", - braziliyalı futbolçu komandaya qayıtdığını elan edən videoda bildirib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə turnirinin Uruqvayla qrup mərhələsinin oyununda (0:2) çarpaz bağlarından zədə almışdı.

Top
0.052391052246094