kriminal.az
Şarl Mişel:

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel COP29-un etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacağına ümidvar olduğunu deyib.

"Report" xəbər verir ki, o, bunu COP29 Liderlər Sammitində çıxışı zamanı deyib.

Ş.Mişel iqlim dəyişikliyinin dağıdıcı nəticələrinin dünyada getdikcə daha çox müşahidə olunduğunu vurğulayıb. "Bəşəriyyət ilk dəfə belə bir iqlim böhranı ilə üzləşib. Bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır", - o bildirib.

Onun sözlərinə görə, Paris Sazişinin həyata keçirilməsinin əsasını əməkdaşlıq prinsipi təşkil etməlidir: "Biz cəsarət və həmrəylik nümayiş etdirməliyik. Siz maliyyə öhdəlikləri çərçivəsində hər il 31 milyard ABŞ dolları ayıran Avropa İttifaqına güvənə bilərsiniz. Biz G7 ölkələri və sürətlə inkişaf edən iqtisadiyyatlar da daxil olmaqla bütün həmkarlarımızı bizdən nümunə götürməyə çağırırıq", - Aİ Şurasının Prezidenti qeyd edib.

O, həmçinin vurğulayıb ki, Aİ iqlim dəyişiklikləri ilə mübarizədə çoxsəviyyəli yanaşmanı dəstəkləyir. Ş.Mişel qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq ticarəti və inkişaf banklarını səfərbər etməyə çağırıb.

"Bədbin proqnozlara baxmayaraq, bir neçə həftə bundan əvvəl Nyu-Yorkda "Gələcək naminə pakt" imzaladıq. Ümid edirəm ki, bu tərəflər konfransı etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacaq", - o əlavə edib.

Top
0.094200849533081