Türkiyənin "Beşiktaş" klubu futbolçuların maaşları da daxil olmaqla Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) olan 50 milyon avroluq borcunu ödəməyəcəyi təqdirdə Avrokuboklardan uzaqlaşdırılacaq.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, "qara-ağlar" yanvar ayınadək futbolçuların maaşlarını ödəməli, UEFA-ya olan 50 milyon avroluq borcunu bağlamalıdırlar.
Əks halda, "Beşiktaş" klubu Avrokuboklardan birdəfəlik uzaqlaşdırılacaq.
Qeyd edək ki, "Beşiktaş" 2013-cü ildə də eyni vəziyyətlə üzləşib və Avrokuboklardan uzaqlaşdırılıb.