Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan" klubu "Mingəçevir"i qəbul edib.
Kriminal.Az xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesab erkən qolla açılıb.
Əvvəlcə Ülvi İsgəndərov komandasını qələbəyə ruhlandırıb. Ardınca Benni fərqi ikiyə yüksəldib - 2:0.
Fasilədən sonra da üstünlüyünü davam etdirən Naxçıvan təmsilçisi rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. 66-cı dəqiqədə Sezar Mezakolli dəqiq oynayıb. "Mingəçevir" klubu buraxılan qollardan yalnız birinin əvəzini çıxıb. Elvin Əsgərov 79-cu dəqiqədə fərqi ikiyə endirib.
Xatırladaq ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsində "Zirə" - "Şamaxı" cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş dekabrın 4-də saat 19:00-da Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, bu gün daha bir dörddəbir finalçı bəlli olub. "Səbail" klubu "Qaradağ Lökbatan"la görüşdə 2:0 hesabı ilə qalib gəlib. "Səbail" növbəti turda "Qəbələ" - "Qarabağ" görüşünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la qarşılaşan "Səbail" rəqibini iki cavabsız qolla məğlub edib.
Kriminal.Az xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan görüşdə əsas hadisələr fasilədən sonra baş verib.
Əvvəlcə Emin Rüstəmov 52-ci dəqiqədə sükutu pozub. 10 dəqiqə sonra meydana çıxan Nihad Quliyev fərqi 2-yə yüksəldib.
Qeyd edək ki, "Səbail" 1/4 final mərhələsində "Qəbələ" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş dekabrın 4-də saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə "Lökbatan" - "Səbail", "Araz-Naxçıvan" - "Mingəçevir", "Turan Tovuz" - "Sabah" görüşləri ilə start veriləcək.
Kriminal.Az xəbər verir ki, "Lökbatan" "Səbail"i saat 15:00-da, "Araz-Naxçıvan" "Mingəçevir"i 16:00-da, "Turan Tovuz" isə "Sabah"ı 18:00-da qəbul edəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin növbəti görüşləri sabah - dekabrın 4-də keçiriləcək. "Qəbələ" "Qarabağ"ı, "Kəpəz" "İmişli"ni, "Neftçi" "Difai Ağsu"nu, "Sumqayıt" MOİK-i, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.