kriminal.az
İtaliya A seriyası:

İtaliya A Seriyasının 15-ci turunda "Atalanta" "Milan"ı qəbul edib.

Kriminal.Az-ın məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

12-ci dəqiqədə "Atalanta"nın yarımmüdafiəçisi Şarl De Ketelare hesabı açıb. "Milan"ın cavab qolunu 22-ci dəqiqədə Alvaro Morata vurub. 87-ci dəqiqədə Ademola Lukman ev sahiblərinin qələbəsini təmin edib.

"Atalanta" bu qələbədən sonra 34 xalla liderliyə qalxıb. "Milan" 22 xalla yeddinci yerdədir.

Top
0.054266929626465