kriminal.az
Premyer Liqa:

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Kriminal.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə "Kəpəz" Tovuzda "Zirə"ni qəbul edəcək. Günün digər oyunu "Sumqayıt"la "Neftçi" arasında baş tutacaq.

Turun əvvəlki görüşlərində "Səbail" "Araz-Naxçıvan"a uduzub (0:2), "Sabah" - "Qarabağ" matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa

16-cı tur

8 dekabr

16:00. "Kəpəz" - "Zirə"

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.

Tovuz şəhər stadionu.

18:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Top
0.055413961410522