kriminal.az
Həkan Fidan Ukrayna münaqişəsinin nüvə silahından istifadəyə qədər genişlənə biləcəyini ehtimal etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ukrayna münaqişəsinin coğrafi genişlənməsi və nüvə silahından istifadə risklərini görür.

Bu barədə Kriminal.Az TASS-a istinadən məlumat verir.

"Biz müharibənin coğrafi cəhətdən genişlənəcəyi və daha təhlükəli ölçüyə çevriləcəyi, nüvə silahından istifadəyə qədər gedə biləcəyi ehtimalını görürük. Əvvəlki çıxışlarımda bu risklər barədə dəfələrlə danışmışam. Öz tərəfimizdən biz 2025-ci ildə artıq üç ildir davam edən Ukrayna müharibəsini danışıqlar yolu ilə mümkün qədər tez başa çatdırmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə Fidan parlamentdəki çıxışında bildirib.

O, həmçinin qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya göstərdiyi hərbi dəstək və Ukraynanın Rusiya ərazisinə hücumları regionda gərginliyi artırıb.

Top
0.054203033447266