Çempionlar Liqasının VI turu çərçivəsində keçirilən "Aston Villa" - "Leypziq" matçında gözlənilməz hal baş verib.
Kriminal.Az xəbər verir ki, görüşün final fitindən dərhal sonra yan hakim Alessandro Qalyatini göz yaşlarını saxlaya bilməyib.
"Leypziq"in baş məşqçisi Marko Roz hakimin yanına gedərək onu qucaqlayıb və təsəlli verib. O, Qalyatininin göz yaşlarının səbəbini belə açıqlayıb:
"Ondan nə olduğunu soruşdum. Dedi ki, 49 yaşı var və bu gün son matçını idarə edib. Ona forma hədiyyə etdik".
Qeyd edək ki, matç "Aston Villa"nın 3:2 hesablı qələbəsi ilə .