kriminal.az
Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası başlayır

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin baş nazirlərinin iclası işə başlayır.

Kriminal.Az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

MDB ölkələrinin baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.

"Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək", - Rusiya hökumətindən bildirilib.

Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar, eyni zamanda, MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan.

Top
0.051789045333862