UEFA Ermənistan Futbol Federasiyasını noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Millətlər Liqasının Farer adaları ilə görüşü zamanı baş verən hadisələrə görə cəzalandırıb.
Kriminal.Az xəbər verir ki, qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20 000 avro ödəməli olacaqlar.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17 500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.