kriminal.az
Azarkeşlər

AFFA İntizam Komitəsi "Qarabağ"və "Sumqayıt" klublarını cəzalandırıb

Kriminal.Az xəbər verir ki, buna Ağdam təmsilçisinin Premyer Liqanın XVI turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.

"Köhlən atlar" azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüblər.

Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün daha 500 manat ödəyəcək.

"Sumqayıt"ın cərimələnməsinə səbəb isə "Neftçi" ilə ev görüşü zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması olub.

Nəticədə klub 500 manat ziyana düşüb.

Top
0.10212898254395