kriminal.az
Messi Azərbaycan səfərindən paylaşım edib

Azərbaycanda səfərdə olmuş argentinalı futbol ulduzu Lionel Messi bununla bağlı "Instagram" səhifəsində paylaşım edib.

Kriminal.Az həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, dünya çempionu, 8-qat "Qızıl top" mükafatçısı Lionel Messi və onun ABŞ-nin "İnter Mayami" klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakıda pərəstişkarlarla görüşüblər.

Bakı Kristal Zalında təşkil olunan görüşdən sonra məşhur "Morandi" qrupu çıxış edib.

Xatırladaq ki, minlərlə fanatın qatıldığı tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Top
0.061625957489014