kriminal.az
Toral Bayramov Azərbaycan rekorda imza atıb

2024-cü ildə ən çox oynayan futbolçuların siyahısı açıqlanıb, Toral Bayramov rekordla yadda qalıb.

Kriminal.Az CIES-ə istinadən xəbər verir ki, ilin arxada qalan hissəsində milli komanda və klubda ən çox oyun keçirən Azərbaycan təmsilçiləri də bəlli olub.

Çempionatda çıxış edənlər arasında rekord Toral Bayramova məxsusdur. O, 2024-cü ildə 60 matçda forma geyinib. İlin sonuna qədər "Qarabağ"la "Şamaxı"nın iki, digər klubların bir oyunu qalsa da, Toral əlçatmazdır. O, ikinci yerdən 4 görüş çox keçirib və hətta bu fərqi artıra da bilər.

Azərbaycanda bu il 6 futbolçu 50 və ya daha çox qarşılaşma keçirib. İlk onluqda isə yalnız iki klub təmsil olunub. Bunlar "Qarabağ" və "Zirə"dir.

1. Toral Bayramov - 60;

2. Ceyhun Nuriyev - 56;

3. Yassin Benzia - 55;

4. Leandro Andrade - 53;

5. Elvin Cəfərquliyev - 51;

6. Olavio Juninyo - 50;

7. Ruan Renato - 47;

8. Qismət Alıyev - 47;

9. Bəhlul Mustafazadə - 47;

10. Abdullah Zubir - 46.

Toral daha çox oyun keçirsə də, meydanda olduğu dəqiqə sayında 3-cüdür. Ruan Renato bu baxımdan hamını qabaqlayır. Amin Seydiyev isə ikincidir. Bu siyahıda onluqda "Qarabağ"ın 5, "Zirə"nin 3, "Sabah"ın 2 oyunçusu var.

1. Ruan Renato - 4 222;

2. Amin Seydiyev - 3 799;

3. Toral Bayramov - 3 728;

4. Elvin Cəfərquliyev - 3 684;

5. Qismət Alıyev - 3 654;

6. Bəhlul Mustafazadə - 3 579;

7. Ange Mutsinzi - 3 435;

8. Cesse Sekidika - 3 414;

9-10. Olavio Juninyo - 3 371;

9-10. Bədavi Hüseynov - 3 371.

Qeyd edək ki, dünyanın 66 liqasını əhatə edən siyahıya isə Jül Kunde başçılıq edir. Fransa millisinin və "Barselona"nın müdafiəçisi 69 oyunda 5 872 dəqiqə meydanda olmaqla hər iki göstəricidə liderdir.

Top
0.052669048309326