"Real Madrid"in 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç komandasının Meksikanın "Paçuka" klubuna qitələrarası kubokun finalında qalib gəlməsindən sonra İspaniya klubunun tarixində ən çox titulu olan futbolçu olub.
Kriminal.Az "Çempionat"a istinadən xəbər verir ki, bu kubok xorvatiyalı yarımmüdafiəçi üçün "Real"ın tərkibində çıxış etdiyi 28-ci kubokdur.
Bu göstəriciyə görə Modriç hazırda çarpaz bağ zədəsini sağaltmaqda olan "Real Madrid"in sağ cinah müdafiəçisi Daniel Karvaxalı (27 kubok) qabaqlayır.
İspaniya nəhənginin tarixində ən çox mükafat alanlar üçlüyünü keçən yay klubu tərk edən müdafiəçi Naço Fernandes (26 kubok) tamamlayır.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir.