kriminal.az
Sərxoş halda avtomobil idarə edən futbolçu əsas komandadan qovulub

"Leççe"nin futbolçusu Andi Pelmar əsas komandadan uzaqlaşdırılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Andi sərxoş halda avtomobil idarə etdiyi və yol hərəkəti qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, "Leççe" A Seriyasında 16 xalla 14-cü sıradadır.

Top
0.047882080078125