"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola növbəti yay transfer pəncərəsində "Bavariya"nın yarımmüdafiəçisi Yoşua Kimmixi transfer edəcəklərini təsdiqləyib.
Kriminal.Az "TBR Football"a istinadən xəbər verir ki, "Mançester Siti" klubunun çalışdırıcısı bu mövsüm başa çatdıqdan sonra azad agentə çevriləcək 29 yaşlı alman futbolçunu transfer edəcəklərini bildirib.
Qeyd edək ki, Yoşua Kimmix bu mövsüm Almaniya çempionatında "Bavariya"nın heyətində 14 oyun keçirib, 3 məhsuldar ötürmə edib.