kriminal.az
Adil Şükürovun gətirdiyi futbolçuları Azər Bağırov yola saldı

Bu mövsümün əvvəlində Adil Şükürovun "Kəpəz"ə başçılıq etdiyi dövrdə transfer edilən futbolçuları yeni baş məşqçi Azər Bağırov yola salıb.

Kriminal.Az xəbər verir ki, Gəncə klubu malili hücumçu Lassan N'Diaye və albaniyalı yarımmüdafiəçi Redon Mihana ilə vidalaşıb.

Hər iki oyunçu ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Lassan N'Diaye və Redon Mihana bu mövsümün əvvəlində "Kəpəz"ə transfer olunmuşdular.

Top
0.042394161224365